Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Donald Trampın “Putinin evinə bombalamaq” təklifi ilə bağlı yayılan məlumatları rədd edib.
Bakupost.az xəbər verir ki, bu barədə Zelenski “Axios”nəşrinin jurnalistinin sualına cavabında bildirib.
"Xeyr, bu doğru deyil", - deyə o qeyd edib.
Xatırladaq ki, iyul ayında “Financial Times” nəşri yazmışdı ki, Tramp Moskva və Sankt-Peterburqa hücumlar həyata keçirməyi tövsiyə edib. Lakin bu iddia Ağ Ev tərəfindən rəsmi şəkildə təkzib olunub.