İranda bir uşağını satmaq istəyən bir qadının videosu yayılıb.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, həmin videoda qadının uşağını 97 milyon tümən (1319 manat) qarşılığında satmağa cəhd etdiyi eşidilir.
Üzlərin görünmədiyi, ancaq səslərdən fars dilində gedən söhbətin alqı-satqı xarakterli olduğu aydın hiss olunur.
Bu hadisə İranda insan alveri və uşaqların istismarı ilə bağlı ciddi narahatlıqları artırır və beynəlxalq araşdırma tələb edir.
Həmin videonu təqdim edirik.