Ru
14:15 / 04 Dekabr 2025

Qalmaqalla işdən çıxarılan məmurun yerinə YENİ TƏYİNAT - FOTO

Qalmaqalla işdən çıxarılan məmurun yerinə YENİ TƏYİNAT - FOTO
Eye

Dövlət Turizm Agentliyində yeni təyinat olub.

Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb.

Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

Bu qalmaqal fonunda agentliyin Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar