Ru
11:17 / 04 Sentyabr 2025

Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat

Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat
Eye

Bir neçə ay əvvəl direktoru işdən çıxarılan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.

Bakupost.az xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynova gətirilib.

O bu təyinatadək Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub.

Qeyd edək ki, 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında vəsait yığıldığı iddia edilirdi.

G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunub. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar