Xəbər verdiyimiz kimi, İsmayıllının Mican kəndində 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində dil nahiyəsindən arı sancması nəticəsində ölüb.
Bu tip hadisələr tez-tez baş verməsə də, arı sancmasının hansı hallarda ölümlə nəticələnə biləcəyi maraq doğurur.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlama verən Klinik Tibbi Mərkəzin Baş toksikoloqu, professor Azər Maqsudov bildirib ki, arı sancması bəzi hallarda allergiyaya meyilli, həssas insanlarda anafilaktik şokla nəticələnir:
“Şok zamanı nəfəs alma pozulur, boğulma başlayır, qan təzyiqi düşür və xəstənin vəziyyəti qısa vaxt ərzində pisləşir. Əgər vaxtında tibbi yardım göstərilməsə, nəticələr ciddi ola bilər, hətta ölüm baş verə bilər. Bir sözlə, həssaslığı olan şəxslər özlərini qorumalı, ictimai yerlərə çıxarkən spesifik dərmanlardan istifadə etməlidirlər ki, milçək, ağcaqanad və xüsusilə arı sancması təhlükəsi minimuma endirilsin”.
Lalə Novruz,
BakuPost