“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Bakupost.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” – “Qarabağ” matçı ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.
Ətraflı
Bildirilib ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək.
Görüş 31 oktyabr saat 17:00-da start götürəcək. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.
Belə qərarlar göstərir ki, klub beynəlxalq arenada uğur qazanmaq üçün hər detalı düşünür. “Qarabağ” üçün hər dəstək vacibdir, xüsusilə də belə gərgin təqvimdə. Oyuna qədər analizləri və mərcləri burada izləyirəm https://mostbet-724.com/ — inanıram ki, komandamız bu dəfə də sevinc gətirəcək!