Ru
09:26 / 18 Fevral 2026

“Qarabağ” “Nyukasl”a qarşı - Bu gün tarixi oyun

“Qarabağ” “Nyukasl”a qarşı - Bu gün tarixi oyun
Eye

"Qarabağ" ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək.

Bakupost.az xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" klublarından biri ilə qarşılaşacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar