Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” görüşündə (2:0) Ağdam futbolçuları gərgin anların yaşanıb.
İtalyanların penalti vurmağa hazırlaşdığı zaman “Qarabağ”ın legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb. Onlar komanda yoldaşlarıonları sakitləşdiriblər. Əcnəbilərin niyə mübahisə etdiyi bəlli deyil. Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib. Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.
Bakupost.az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi monteneqrolu və braziliyalı yarımmüdafiəçilər heç bir cərimə kəsməyib. Qurban Qurbanov mübahisə edənləri sadəcə, tənbeh edilib. Səbəbkarlar isə oyunun stressindən əsəblərinə hakim ola bilmədiklərini, söz güləşdirdiklərini söyləyiblər.