Bu gün baş tutacaq “Qarabağ” “Ayaks” matçı ərəfəsində Hollandiya klubunun azarkeşləri dəstək üçün Bakıya səfər edib.
Bakupost.az xəbər verir ki, rəsmi məlumatlara görə, “Ayaks”a ayrılmış 1970 biletin təxminən 1443‑ü artıq satılıb. Bu, Bakıya gələn azarkeşlərin sayının əvvəlki səfərlərlə müqayisədə xeyli yüksək olduğunu göstərir.
Hollandiya klubunun rəhbərliyi azarkeş diqqətini yüksək qiymətləndirib. “Ayaks”ın baş məşqçisi Fred Qrim bununla bağlı açıqlamasında “1443 azarkeş Bakıya gəlib, bu, böyük məsuliyyətdir” deyib.
Ağdam klubunun azarkeşləri isə “Ayaks”ın “90 Minuten Lang” adlı şüarını dəyişərək, “90 Minuten lang, voor onze club uit Azerbeidzjan’” (“90 dəqiqə boyunca, bizim klubumuz – Azərbaycan klubu üçün”) şəklinə salıblar.
Cavid, BakuPost