Ru
12:47 / 10 Dekabr 2025

Qaralov, Usubov və Sultanov bir arada – FOTO

Qaralov, Usubov və Sultanov bir arada – FOTO
Eye


Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb.


Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, Zakir Qaralov keçmiş müavini Rüstəm Usubov və sabiq mətbuat katibi Eldar Sultanovla birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Z. Qaralov açıqlamasında deyib ki, bu günlər xalqımız Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz və unudulmaz xatirəsini hörmət və dərin ehtiramla yad edir: “Ulu Öndər Heydər Əliyevin ruhu bu gün şaddır. Şaddır ona görə ki, rəşadətli ordumuzun şücaəti, şəhidlərimizin, qazilərimizin həyatı, qanı, sağlamlıqları bahasına, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi, titanik fəaliyyəti və həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib”.

Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın baş prokuroru olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar