Ru
11:41 / 10 Dekabr 2025

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov dələduzluqda ittiham olunur
Eye

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb və Namizəd Səfərov şübhəli şəxs qismində tutulub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar