Sahil bağının yanında yerləşən binaların birinin eyvanı uçub.
Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Videoda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
APA-nın məlumatına görə isə, uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.