Ru
11:25 / 10 Dekabr 2025

“Şərurlu İsfəndiyar”ın binasında faciə: Ölən var – VİDEO

“Şərurlu İsfəndiyar”ın binasında faciə: Ölən var – VİDEO
Eye

Bakıda fəhlə çalışdığı binadan yıxılaraq ölüb. Bədbəxt hadisə ötən gün paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında yerləşən "Jasmin Park" yaşayış kompeksində baş verib.

Bakupost.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Yaşayış kompleksinin mətbuat xidmətinin məlumatına görə, hadisə şirkətdə iş saatı başlamazdan əvvəl baş verib.

Şirkətdən o da bildirib ki, yıxılaraq ölən fəhlə fasad işlərində deyil, binadaxili işlərdə çalışan əməkdaşlardan olub. Ona görə də onun hansı şəraitdə yıxılaraq ölməsi araşdırmalardan sonra bəlli olacaq.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirib ki, dünən saat 08:00 radələrində Yasamal rayonunun M. Xiyabani küçəsindən "hündürlükdən yıxılma" səbəbilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına gələn təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, "Jasmin Park" "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar