Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyana jest edib.
Bakupost.az “Sputnik Ermənistan” istinadən xəbər verir ki, Paşinyana erməni dilində salamlayan səfir “Almaniyaya xoş gəlmisiniz” deyib və çıxışına daha sonra ingilis dilində davam edib.
N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: “Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.
Xatırladaq ki, N.Paşinyan dekabrın 9-da Berlinə səfər edib.