İyulun 4-də Zəngilan rayonunda bədbəxt hadisə baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlu Həkəri çayında çimərkən batıb. Hadisədən 4 gün keçməsinə baxmayaraq, onun meyiti hələ də tapılmayıb.
"Bakupost" xəbər verir ki, batan şəxsin yaxınları Baku TV-yə müraciət edərək aidiyyəti qurumlardan meyitin tapılmasına kömək istəyiblər.
“Qardaşım oğlu ilə bir yerdə olublar, çay kənarında çimirdilər. Qəflətən su gəlib onları aparıb. Oğlu nə qədər çalışsa da onu tuta bilməyib. Özü də birtəhər sudan çıxıb" - deyə batan şəxsin qardaşı bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: