Ru
15:51 / 15 İyul 2022

Qazilərlə onlayn psixoloji seanslar keçirilməlidir - Psixoloqdan çıxış yolu

4428
“İntiharla bağlı risk qrupuna daxil olanlar müharibə iştirakçıları, qazilər, posttravmatik stress pozuntusu yaşayan insanlardır. Onlarda intihar hallarının daha çox baş verdiyinin şahidi oluruq”.


Bunu Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bakupost.az -a açıqlamasında son vaxtlar artan qazi intiharları ilə bağlı danışarkən deyib.


Psixoloq həssas qruplarla sosial-psixoloji reabilitasiya işlərinin aparılmalı olduğunu bildirib:



“Qazilərin, müharibə iştirakçılarının müharibədə aldığı psixoloji travmalar, müharibədən sonra onların cəmiyyətə ataptasiya prosesində yaşamış olduqları gərginlik, eyni zamanda sosial durumu ilə bağlı yaşadığı narahatlıq, əlbəttə ki, psixoloji gərginliyin artmasına, sonda isə intihar kimi hallara gətirib çıxarır. Ona görə də xüsusilə müharibə iştirakçıları, qazilərə sosial-psixoloji dəstək kompleks şəkildə həyata keçirilməlidir. Yaxşı olardı ki, bu iş əlaqədar qurumların birgə səyi ilə həyata keçirilsin”.


Psixoloq qazilərə, müharibə iştirakçılarına psixoloji dəstəyin davamlı göstərilməli olduğunu qeyd edib:


“Birdəfəlik psixoloji yardım posttravmatik stress pozuntusu yaşayan, xüsusilə qazi və müharibə iştirakçıları üçün keçərli deyil. Çünki onlara bir dəfə göstərilən psixoloji seansın effektli olacağını düşünmürəm. Onlarla həm fərdi seanslar, həm qrup terapiyası olmalıdır. Bu gün imkanlar genişdir və bunu onlayn formada da həyata keçirmək olar. Əgər bu istiqamətdə olarsa, düşünürəm ki, biz müəyyən qədər bu problemi tənzimləmiş olarıq”.


Fəridə
Baku Post
Şərhlər
  • t.ədalət

    Qazilər üçün ən yaxşı psixoloji test ermənilərlə qan bulaşığı olan,əməlləri ilə döyüş yolu keçən qəhrəman əsgərlərimizə yad olan,hərbi xidmətdə olmayan Sahil Babayevin cəzalandırılmasıdır.Bu adamın atası kürddür deyə,niyə toxunulmaz olmalıdır?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər