Ru
18:08 / 19 Fevral 2026

Qəbələdə meşə fondu ərazisində qanunsuz tikinti - Tədbirlər görüldü - FOTOLAR

Qəbələdə meşə fondu ərazisində qanunsuz tikinti - Tədbirlər görüldü  - FOTOLAR
Eye

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgə monitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarında qanun pozuntusu aşkar edilib.


Bakupost.az xəbər verir ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin 86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyə verilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılıb.

Monitorinq zamanı məlum olub ki, meşə fondu torpağında əsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdan inşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmir konstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsi yaradılmışdır. Qeyd olunan tikinti işləri nəticəsində meşə əmələgəlmə prosesi məhdudlaşdırılmış, torpaq örtüyünə müdaxilə edilmiş və meşə fonduna ziyan vurulub.

15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhal aktlaşdırılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq meşə fonduna dəymiş ziyan hesablanmış və sahibkara rəsmi qaydada izah edilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuz tikililər və konstruksiyalar dərhal sökülmüş, ərazi əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinə başlanılmışdır.

Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondu torpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılması yalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanun pozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşə fondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirləri davam etdirilir.



Şərhlər
  • .Nizami Aliev

    Странная работа надзорных органов. В друг обнаружено не законное строительства в Габале, вырубленные деревья" Эльдарской сосны" ... огражденные за долго в Баку, интересно и тд. и тп ... они делают вид , что не видят?.. или...как?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar