Ru
18:48 / 19 Fevral 2026

Türkiyə millisinin sabiq baş məşqçisi öldü

Türkiyə millisinin sabiq baş məşqçisi öldü
Eye

1990-1993-cü illər ərzində həm Türkiyənin əsas futbol yığmasına, həm də "Bursaspor" klubuna rəhbərlik etmiş 85 yaşlı təcrübəli mütəxəssis Sepp Piontek vəfat edib.

Bakupost.az xəbər verir ki, məlumatı "Hürriyyət" yayıb.

Bildirilib ki, tanınmış baş məşqçinin ailə üzvləri Piontekin xəstəlik səbəbindən həyatını itirdiyini təsdiq ediblər.

Qeyd edək ki, Piontek 1979-1990-cı illər arasında Danimarka milli komandasına da rəhbərlik edib. Danimarka futbolunun tarixinə adını yazdıran Piontek, "Danimarka Dinamiti" ləqəbi ilə tanınırdı.

Bu ad ona 1980-ci illərdə komandaya aşıladığı hücumameyilli və dinamik oyun üslubuna görə verilmişdi. Həmin dövrdə Danimarka heyətində Maykl Laudrup, Yesper Olsen və Frank Arnesen kimi ulduz oyunçular çıxış edirdilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar