Ru
18:02 / 16 Sentyabr 2025

Qəribə qərar: İmtahana gəlməyənə görə gələnlər pul ödəməlidir - VİDEO

Qəribə qərar: İmtahana gəlməyənə görə gələnlər pul ödəməlidir - VİDEO
Eye

Növbəti ildən etibarən MİQ imtahanları ödənişli olacaq.

Bakupost.az xəbər verir ki, qərarın əsas səbəbi kimi son imtahanlarda 60 min qeydiyyatdan keçmiş namizəddən 12 mininin imtahana qatılmaması göstərilir.

Bu, həm təşkilati problemlərə, həm də artıq maliyyə xərclərinə səbəb olub. İndi isə məsuliyyətin bütün namizədlər üçün eyni qaydada bölüşdürülməsi nəzərdə tutulur.

Beləliklə ilkin qərara görə imtahanda iştirak etmək istəyən hər bir şəxs 50-60 manat ödəməli olacaq.

Bəziləri hesab edir ki, bu qərar imtahana ciddi yanaşmayan namizədləri məsuliyyətli olmağa vadar edəcək.

Digərləri isə düşünür ki, 5 namizəddən 1-i iştirak etmədiyinə görə qalan 4 nəfərə ödəniş məcburiyyəti qoymaq haqsızlıqdır və əlavə maliyyə yükü yaradır.

Yaranan sualları təhsil eksperti Pərvin Əliyev cavablandırıb.

Ətraflı BTV-nin video materialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar