Ru
16:36 / 08 Aprel 2026

Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB sədri Daşkənddə ustad dərsi keçib

Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB sədri Daşkənddə ustad dərsi keçib
Eye

Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova Özbəkistan Respublikasının paytaxtı Daşkənddə yerləşən Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunda ustad dərsi keçib.

“Azərbaycan və özbək folklorşünaslıq əlaqələri” mövzusuna həsr olunan ustad dərsi Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində təşkil olunub.

Dosent Aynur İbrahimova çıxışı zamanı Azərbaycan və Özbəkistan arasında folklorşünaslıq sahəsində elmi-mədəni əlaqələrin tarixi köklərindən, ortaq türk mədəni irsinin tədqiqində iki ölkə alimlərinin əməkdaşlığından, müqayisəli folklor araşdırmalarının əhəmiyyətindən və qeyri-maddi mədəni irsin qorunması istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, həmçinin bu sahədə gələcək elmi əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Ustad dərsində institutun müəllim və tələbə heyəti, gənc tədqiqatçılar, eləcə də folklor və musiqi irsi üzrə mütəxəssislər iştirak ediblər. Tədbir interaktiv müzakirələr şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda dosent Aynur İbrahimova ustad dərsini yüksək peşəkarlıqla təqdim etdiyinə, Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunun təşəkkürnaməsi ilə təltif olunub.

Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB sədri Daşkənddə ustad dərsi keçib
Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB sədri Daşkənddə ustad dərsi keçib
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar