Oktyabrın 11-dən Qəzzada atəşkəs elan edilsə də, İsrailin dağıntılara çevirdiyi yaşayış məntəqələrində çətinliklər davam edir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Razılaşmaya əsasən, hər gün 600 yardım maşını Qəzzaya daxil olmalı idi, lakin İsrail bu öhdəliyini yerinə yetirməmiş, dəfələrlə əsassız bəhanələrlə humanitar yardımın aparılmasına mane olmuşdur.
Türkiyə olaraq boyun əyməyəcəyik, susmayacağıq və unutmayacağıq; Qəzzanı heç vaxt tək qoymayacağıq. Müxtəlif yollarla müqavilələr bağlana, imzalar atıla, mesajlar göndərilə bilər, lakin bunların heç biri siyasətimizi dəyişməyəcək.
70 mindən çox fələstinlinin qanına görə məsuliyyət daşıyanların gözümüzdə heç bir mənəvi mövqeyi yoxdur. Onların təxribatları boş səs-küydən başqa bir şey deyil”, - Ərdoğan vurğulayıb.