Ru
09:22 / 05 Yanvar 2026

Qızıl və gümüş ili yüksəlişlə başladı

Qızıl və gümüş ili yüksəlişlə başladı
Eye

Qızıl və gümüş investorların artan geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-nin Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra geosiyasi risklərin yüksəlməsi investorların təhlükəsiz liman aktivlərinə marağını artırıb. Bu proses qızıl və gümüş qiymətlərində kəskin artımla müşayiət olunub.

Qızıl bu gün 2,1%-dək bahalaşaraq 4.420 dollar həddini keçib. Gümüş isə 4,8% dəyər qazanıb.

“Goldman Sachs” ötən ay əsas ssenarisinin qızılın 4.900 dollara doğru artımda olduğunu açıqlamışdı.

Gümüş ötən il qızıla nisbətən daha güclü yüksəliş nümayiş etdirərək rekord səviyyələri yeniləyib. Qızılı dəstəkləyən amillərlə yanaşı, ABŞ administrasiyasının gələcəkdə emal edilmiş gümüş idxalına gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı davam edən narahatlıqlar da gümüş qiymətlərinə əlavə dəstək verib.

Sinqapur vaxtı ilə saat 09:20-yə qızıl 1,6% bahalaşaraq 4.400,01, gümüş isə 4,3% artaraq 75,92 dollar səviyyəsində qərarlaşıb. Platin və palladiumun hər biri təxminən 2% dəyər qazanıb. “Bloomberg” Dollar İndeksi isə 0,1% yüksəlib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar