Ru
16:11 / 04 Sentyabr 2019

“Qoca” ilə birlikdə həbs edilən “Maqa Hacıqabullu” məhkəməyə müraciət etdi

“Qoca” ilə birlikdə həbs edilən “Maqa Hacıqabullu” məhkəməyə müraciət etdi
Eye

“Qoca Hacıqabullu” ləqəbli Etibar Məmmədovla birgə həbs edilən kriminal avtoritet “Maqa Hacıqabullu” kimi tanınan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.


BakuPost-un məlumatına görə, M. Heydərov şikayətindən barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, “Maqa Hacıqabullu” 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri o olub. Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 18 il, Məhəmməd Heydərov ( Maqa Hacıqabullu )18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahomov 18 il cəza alıb.

Qaçdıqdan bir neçə gün sonra əməliyyat zamanı müqavimət göstərərkən öldürülən Etibar Məmmədov (Qoca) ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.

Bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçmışdılar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar