Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rrayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yol qəzasında ölənlərin şəxsiyyəti də artıq müəyyənləşib. Bunlar Zahid Qurbanov və Namiq Rüstəmovdur.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Səhiyyə Nazirliyi qəzada xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.
Nazirlikdən apa-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslərin vəziyyəti kritik qiymətləndirilir. Hər iki yaralının həyatı təhlükə altındadır.