Suriyanın paytaxtı Dəməşqdə keçirilən mərasimdə Suriya ilə Səudiyyə Ərəbistanı arasında dəyəri 6 milyard dollardan çox olan 47 müqavilə imzalanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Suriyanın yenidən inkişafına yönəlmiş sazişlər regional yenidənqurma, telekommunikasiya, maliyyə və turizm də daxil olmaqla geniş sahələri əhatə edir.
Bu razılaşma Suriyanın müharibədən zərər çəkmiş iqtisadiyyatının bərpasında mühüm addımdır.
Suriya-Səudiyyə İnvestisiya Forumunda imzalanan müqavilələr daşınmaz əmlakdan telekommunikasiya və maliyyəyə qədər bir çox sektoru əhatə edir.
Planlaşdırılan layihələrə mənzil tikintisi, müharibədən dağılmış ərazilərin yenidən qurulması, turizmin, səhiyyənin inkişafı və üç yeni sement zavodunun inşası daxildir.
Suriyanın informasiya naziri Həmzə əl-Mustafa bildirib ki, razılaşmalar nəticəsində təxminən birbaşa 50 min və dolayı isə 150 yeni iş yerinin açıqlması gözlənilir.