Ru
22:37 / 24 İyul 2025

Ermənistan dəhlizlə bağlı bu fikirdən vaz keçib - Eqoyan

Ermənistan dəhlizlə bağlı bu fikirdən vaz keçib - Eqoyan
Eye

Ermənistan dəhlizin Zəngəzurdan keçən 42 kilometrlik hissəsini icarəyə vermək fikrindən vaz keçib.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

“Dəhlizin Sünik rayonundan keçən hissəsinin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi", - o qeyd edib.

Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar