Ru
23:00 / 24 İyul 2025

Xalq artisti Bakıda xəstəxanaya yerləşdirildi

Xalq artisti Bakıda xəstəxanaya yerləşdirildi
Eye

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilib.


Bakupost.az xəbər verir ki, bu haqda "Teleqraf"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.


O, Arif Babayevin Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib: "Hazırda vəziyyəti stabildir".

***

19:51

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.


Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.

Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar