Tailand Kamboca ilə diplomatik münasibətlərinin səviyyəsini aşağı salıb və qarşı tərəfin silahlı hücumlarını dayandırmayacağı təqdirdə özünümüdafiə tədbirlərini gücləndirməyə hazır olduğunu bəyan edib.
Bakupost.az xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir.
“Kamboca silahlı hücumları və Tailandın suverenliyinin pozulması hallarına davam etdirəcəyi təqdirdə Tailand Krallığı hökuməti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünümüdafiə tədbirlərini gücləndirməyə hazırdır", - nazirlikdən bildirilib.
Həmçinin qeyd olunub ki, Kambocanın Tailanda qarşı planlı və düşünülmüş hərəkətləri nəticəsində yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, Banqkok diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq və öz səfirini Pnompendən geri çağırmaq qərarına gəlib, həmçinin Kamboca hökumətinə Tailanddakı səfirini geri çağırmağı təklif edib.
XİN Kambocanı Tailand ərazisinə piyada əleyhinə minalar yerləşdirməkdə, bunun nəticəsində krallığın hərbi qulluqçularının 2025-ci il iyulun 16 və 23-də patrul xidməti zamanı xəsarət alması, habelə bu gün hərbi baza və mülki obyektlərə, o cümlədən xəstəxanaya zərbələr endirməkdə ittiham edib. Nazirlikdən vurğulanıb ki, hücumlar mülki vətəndaşların ölümü ilə nəticələnib.
Kamboca Milli Müdafiə Nazirliyi isə bəyan edib ki, Tailand münaqişəni ilk başaladan təfər olub.