Ru
13:08 / 17 Oktyabr 2025

Qurban Qurbanov yeni biznesə başladı

Qurban Qurbanov yeni biznesə başladı
Eye

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

Bakupost.az Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. Belə ki, “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib, geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar