Ru
12:14 / 15 Dekabr 2025

Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi oldu - FOTO

Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi oldu - FOTO
Eye

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.


Bakupost.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub.


Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.


Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.



Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi oldu - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar