Ru
11:19 / 01 Avqust 2020

Qurbanlıq qoyun satan şəxs saxlanıldı

Qurbanlıq qoyun satan şəxs saxlanıldı
Eye

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq, müəyyən edilmiş yerlərdən kənarda qurbanlıq heyvanların satışı və kəsiminin, eləcə də insanların sıx toplaşmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı müəyyən edilməyən yerdə qurbanlıq diri heyvanların satışı və kəsimi ilə məşğul olan şəxs müəyyən edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini Sadiq Yusifova bir neçə dəfə xəbərdarlıq edilsə də, ancaq o, buna məhəl qoymayıb və qaydaları pozmaqda davam edib.

Polisin qanuni tələbinə məhəl qoymayan S.Yusifov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar