Ru
14:09 / 16 Yanvar 2021

Qurucular və dağıdıcılar - Şahbaz Xuduoğlunun yazısı

13419

Reconstraction and disconctraction


"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Prezidentin və ailə üzvlərinin Şuşa səfərindən yazıb.


"BakuPost" həmin yazını təqdim edir:




"Qurucular və dağıdıcılar


Reconstraction and disconctraction


Birinci məsələ


Moskvada 3 prezident görüş keçirdi.


Həyəcanla gözlənilən görüşün mahiyyəti bir tərəfə qaldı, mətbuat, eləcə də cəmiyyət oval masanı əsas mövzu seçdi. Əslində, məqsəd də elə bu idi. Diqqəti formaya çəkmək, məzmunu isə arxa plana.


(Forma gözdür, məzmun düşüncə. Göz gördüyünü danışar ha, bu da elə ondan gəlir. Gözlə görüb danışmaq daha rahatdır, nəinki məzmunu anlamaq və onu təhlil etmək)


Ümumiyyətlə, Putin Rusiyası diqqət yayındıran formaları sevir, jestkulyasiya, geyim-keçimə, məkan və məkanın şəkillənməsinə çox önəm verir. Bu da sovet məktəbindən qalma əcaib bir texnologiyadır.


Yəqin, Ərdoğanı qapı arxasında gözlətməyini xatırlayırsız.


Putinin bu hərəkətləri onun əski dünyası ilə bağlıdır. O, yenilənmək istəmir, özünün öyrəndiyi yoxdur, tarixdə sınaqdan keçmiş üsullardan istifadə edir, bu da inkişafa aparmır. Rusiya çəkisindən artıq çəkidədir. Putin Rusiyanı dietaya oturda bilmədi. Özü dietada olsa da.


Üç prezident 4 saatlıq görüşdən sonra mediaya nəticədən danışdılar. Putin donuq sülhə diqqət çəkdi: daha qan tökülmür; bizim ordumuz ordadır; yardımlar da edirik, yenə edəcəyik; mən böyüyəm; elə məni böyük kimi qəbul edin, qalan işlər düzələcək.


İlham Əliyev dizayna, oval masaya gözucu baxdı və dərhal formanı arxa plana keçirdi. Masanın necə qoyulması önəmli deyil.


Həm Rusiya, həm də Ermənistana olduqları nöqtədən tərpənməyi, qonşularla işgüzarin mühitin formalaşmasını tövsiyə etdi.


Rusiya komfort zonasından çıxmalıdır. Yol açaq, iş görək, xalqlarımız inkişaf etsin.


Düşmənçiliyi unutmaq üçün əsas zəmin ünsiyyətdir, ortaq işdir. Qarabağ konflikti yoxdur artıq. Qarşıda Türkiyəni, Rusiyanı, İranı, üstəlik Ermənistanı, sonra da ətraf ölkələri gərgin bir iş rejiminə dəvət edən tarixi ideyaları səsləndirdi.


Paşinyan isə yenə şikayətçi idi. Status məsələsi düzəlmədi, itkinlərimiz tapılmalı, əsirlərimiz dəyişilmədi, bir sözlə, şikayət, şikayət dalınca. Ümidsizlik və çıxılmazlıq.


Həqiqi lider irəli çəkir, qurucu ideyalar verir. Planlarını sabaha uyğun qurur, keçmişə yox.


Həqiqi lider formaya önəm vermir, məzmuna baxır. Həqiqi lider gor eşmir, köhnəni açıb tökmür, vəziyyəti dəyişmək üçün irəliyə gedən yolu göstərir.


Həqiqi lider, qurandır, dağıdan yox...


İkinci Məsələ,


Prezident İlham Əliyev səhər tezdən sükan arxasından mesaj verdi ki, istiqamət Şuşadır.


Bu mesaj Bakıya verilən mesajdır. Hərəkətə keçmək lazımdır. İndi Qarabağın taleyi öz əlimizdədir. Nə qədər tez ora getsək, nə qədər tez quruculuq işlərinə başlasaq, nə qədər çox, həm də sürətlə layihələr reallaşsa, qələbəmiz də bir o qədər sarsılmaz və əbədi olacaq. Gərək, Azərbaycan məmuru orda yaramazlıq etməsin. Korrupsiya rüşvət, yerlibazlıq, tayfabazlıq söhbəti olmasın. Böyük ideyalarımızı xırda xislətlər oğurlamalı deyil.




Prezident, xanımı, qızı Şuşaya getdilər; Üzeyir bəyi, Bülbülü, Natəvanı doğma yurdlarına qaytardılar. Azad Şuşaya mədəniyyət apardılar. Şuşa daha ermənilərin qurmaq istədikləri hərbi istehkam deyil, yenidən çiçəklənməyə hazır, hər kəsə açıq mədəniyyət şəhəridir.


Anna Akopyan da Şuşaya getmişdi, oradan bizə -Azərbaycana tuşlanmış avtomatla poz verirdi, hədə-qorxu gəlirdi. Mehriban Əliyeva isə Natəvanın heykəlini açır, güllələnmiş mədəniyyət abidələrimizə sığal çəkir, daşların başında, əsrarəngiz qarlı zirvələrin fonunda ailə fotosunu çəkdirib dünyanın gözəlliyini insanlara çatdırır.


İnkişaf mədəniyyətdədir, müharibədə yox.


Siz dağıdırsız, biz isə qururuq.


Biz insanlarımızı köhnə yurdlarına yaşamaq üçün qaytarmağa çalışırıq, siz isə döyüşməyə, qan tökməyə.


Biz məscidləri, kilsələri, məktəbləri, kitabxanaları, teatrları bərpa edirik, siz isə hərbi istehkamlar tikirsiz.


Biz Şuşaya heykəllər daşıyırıq, Şuşada mədəniyyət abidələrini ucaldırıq, siz isə terrorçuları".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər