İntensiv yağışlar ölkənin müxtəlif yerlərində, xüsusilə Şimal bölgəsində fəsadlar törətməkdədir.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, çaylara gələn sel bəzi yerlərdə məcradan çıxaraq dağıntıya səbəb olub.
Qusar rayonunda isə sel elektrik dirəklərini və sahildə yerləşən transformatoru aparıb.
Qeyd edək ki, dünən Qusarda sel sularına düşən 29 yaşlı oğlan həyatını itirib.
Ərazidən görüntüləri təqdim edirik: