Ru
22:58 / 11 İyun 2026

Quterreşdən İranla bağlı çağırış...

Quterreşdən İranla bağlı çağırış...
Eye

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən son dərəcə narahat olduğunu bildirərək tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırıb.


Bakupost.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Baş katib Yaxın Şərqdə davam edən eskalasiyadan, o cümlədən ABŞ-nin İrana və İranın isə Fars körfəzindəki ölkələrə endirdiyi zərbələrdən dərin narahatdır. O, tərəfləri atəşkəs rejiminə tam şəkildə əməl etməyə və vəziyyəti daha da pisləşdirməməyə çağırıb. Çünki bu, gözlənilməz nəticələri olan münaqişənin yenidən tam miqyasda alovlanmasına səbəb ola bilər", - o bildirib.

BMT baş katibi hesab edir ki, vəziyyətin həllində irəliləyişə aparan yeganə yol əsl dialoq və danışıqlardan keçir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar