Ru
19:43 / 27 Fevral 2026

Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Eye

Sabah Ramazan ayının 10-cu günüdür.

Balupost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 28-də imsak vaxtı saat 05:52, iftar vaxtı isə saat 18:44-dədir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

İftar duası:

"Bismillahir-Rəhmanir-Rəhim. Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar