Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.
Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən bir saat 44 dəqiqə 25 saniyə ərzində arxasıüstə uzanmış halda əllərini ayaqlarına tərəf (idman termini ilə "press" - red.) 3 000 dəfə çatdıraraq dünya rekordunu təzələyib.
Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.
O, həmçinin Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.
Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.