Ru
21:38 / 08 May 2021

Ramazanın 26-cı günü - Dua, imsak və iftar vaxtı

3104
Sabah Ramazan ayının 26-cı günüdür.

Bakupost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır.

İmsak duası:

“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”

Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər