Ru
13:20 / 16 Aprel 2019

Rəşad İlyasov məhkəməyə verilməsindən danışdı

Rəşad İlyasov məhkəməyə verilməsindən danışdı
Eye

"Məni məhkəməyə verməyiblər. Daha doğrusu, məhkəməyə verilməyimdən xəbərsizəm".



Bu sözləri Kult.az-a müğənni Rəşad İlyasov "Speys” kanalının efirində işlətdiyi ifadələrə görə məhkəməyə verilməsinə münasibət bildirərkən deyib:



"Məhkəməyə verildiyim barədə sizdən öyrənirəm. Bu barədə ətraflı məlumatım yoxdur. Kim verib, nə vaxt verib bilmirəm”.



Müğənni AzTV və "Mədəniyyət” telekanalında yayımlanan "Yaradanlar və yaşadanlar” proqramının bağlanması haqda yayılan xəbərlərə də münasibət bildirib:



"Yaradanlar və yaşadanlar” verilişi bağlanmayıb. Sadəcə aparıcılığını mən etməyəcəm. Rəhbərlik belə qərara gəldi”.



Qeyd edək ki, ONA "Speys” kanalının efirində işlətdiyi ifadələrə görə Rəşad İlyasovun və Rüfət Axundovun məhkəməyə verildiyi barədə məlumat yayıb.



Həmçinin mətbuatda R.İlyasovun AzTV və "Mədəniyyət” telekanalında yayımlanan "Yaradanlar və yaşadanlar” proqramının bağlandığı, özünün isə efirdən uzaqlaşdırıldığı iddia olunurdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar