"Euroclear" (qiymətli kağızlar və fondlar üzrə daxili və transsərhəd əməliyyatları üçün maliyyə bazarı infrastrukturu xidmətlərinin aparıcı qlobal tədarükçüsü - red.) 2024-cü ildən bəri Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən Kiyevə 6.6 milyard avro vəsait köçürüb.
Bakupost.az-ın xəbərinə görə, bu barədə "Euroclear" depozitari məlumat verib.
"15 fevral 2024-cü ildən bu günə qədər "Euroclear" Ukrayna üçün Avropa Fonduna aktivlərdən gələn gəlirlərdən 6.6 milyard avro köçürüb. Növbəti 1.4 milyard avroluq ödəniş 2026-cı ilin iyul ayında yönləndiriləcək", - deyə şirkət öz hesabatında bildirib.