ABŞ-li kişi səkidən yıxıldığına görə, şəhər adminstrasiyasına qarşı 35 milyon dollarlıq iddia qaldırıb.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, iddiaya səbəb təqaüdçünün səkidə gedərkən yıxılaraq ağır xəsarətlər almasıdır.
Məlumata görə, San Dieqo şəhərindən olan kişi və həyat yoldaşı restoranda qəlyanaltı etdikdən sonra avtomobilə minmək istəyir.
Lakin yolla gedərkən ayağı ərazidəki tikinti cihazı söküldükdən sonra qalan dayanacaq sayğacının metal bazasına ilişir.
Kamera görüntülərdə kişinin irəli yıxıldığı, dayanacaqda olan avtomobilə dəydiyi və ağır xəsarətlər aldığı görünür.
Qəza nəticəsində təqaüdçünün boynu və onurğası sınıb.
Təqaüdçünün vəkili Uilyam Bermanın sözlərinə görə, metal baza səkidən təxminən bir neçə santimetr yuxarı çıxıb və piyadalar üçün təhlükə yaradıb.
Rüfət Sultan,
BakuPost