Ru
08:41 / 09 Oktyabr 2025

Rusiya bu ölkədən çıxmayacaq - Lavrov

Rusiya bu ölkədən çıxmayacaq - Lavrov
Eye

Suriya rəhbərliyi Rusiyanın respublikada mövcudluğunu saxlamaqda maraqlıdır.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz maraqlıyıq ki, bəziləri sovet dövründə, bəziləri 2011-2014-cü illərdən sonra başlanmış, milli iqtisadiyyata, sənayeyə, kənd təsərrüfatına və energetikaya yardımla bağlı hər şey davam etsin. Amma təbii ki, bunu yeni şəraitə uyğunlaşdırmaq lazımdır. Bu, bizim hərbi bazalarımıza da aiddir.

Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz Suriya rəhbərliyinin iradəsinə zidd olmayacağıq. Görünür, Suriya rəhbərliyi, eləcə də bir sıra region ölkələri bizim orada mövcudluğumuzu saxlamaqda maraqlıdırlar", - Lavrov qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar