Ru
10:13 / 07 İyul 2025

Kreml Azərbaycanı HƏDƏLƏDİ - Güc tətbiqi ssenarisi hazırlanır

Kreml Azərbaycanı HƏDƏLƏDİ - Güc tətbiqi ssenarisi hazırlanır
Eye

Moskva Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır.

Bakupost.az Müsavat-a istinadən xəbər verir ki, Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir.

Moskva tərəfindən müzakirəyə çıxarılan əsas tədbirlər bunlardır:

– vizaların tətbiqi;
– pul köçürmələrinə məhdudiyyətlər (bu, əsasən, Rusiyada işləyən miqrantlara ciddi təsir göstərəcək);
– əmək kvotaları;
– rus şirkətlərinin iştirakı ilə həyata keçirilən logistika və infrastruktur layihələrinin dayandırılması.

Sanksiyaların əsas hədəfində Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələri dayanır.

Bundan əlavə, Rusiya sərhədyanı bölgələrdə hərbi təlimlər və “ruslara təhlükə yaranacağı təqdirdə humanitar müdaxilə” də daxil olmaqla, güc tətbiqi ssenarilərini də istisna etmir.

Şərhlər
  • Omer

    Bizim sozbazlar buna calisirdilar.indi yazın gorek biz ne cavab tedbiri gorek..belke bizde guzgu addimi atmaliyiq.rus vetendasi olan yerlilerimize qarsi

  • Bəhrami

    Azadlığın hər hansı məhdudiyyətini İnsan cəmiyyətləri tarixən pozuculuq, cinayət kimi qəbul ediblər! Siyasi rəhbərlik isə son-unikal nizamlayıcı kimi təşəkkül tapıb. Müəmmalı münasibətlərdə hər epizod və iddia tərəfləri dəqiq göstərilməlidir? RF, Moskva, Sverdlovsk, Yekaterinbur qurumlardır. Hadisəni törədənlər isə qəti-konkret qurumun yerli təşkilatıdır. Eləcə də, təyyarənin vurulması? Qərbi Azərbaycanlı soydaşlarımızı Ermənistan Milisi etnik deporta yolladığından hələ qəti-konkret əski Milisəmi, Polisəmi, Böyük dövlətəmi, Beynəlxalq Məhkəməyəmi müraciətləri qətiləşməyib? Bəlkə də, qarşısı alınardı? Birgə iş, münasibətlər heç də ilkin baxışma, mükalimədən deyil və saylı təmaslardan aydın-mümkün olur?!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar