Ru
20:30 / 08 İyul 2026

Rusiya inanmadı, panikaya düşdü, Azərbaycanı suçladı - VİDEO

Rusiya inanmadı, panikaya düşdü, Azərbaycanı suçladı -  VİDEO
Eye

Ukrayna ordusunun Omskda neft emalı zavoduna zərbə endirməsi Rusiyada növbəti panikaya və həyəcana səbəb olub.

"Bakupost" xəbər verir ki, Omsk NEZ-nin Ukrayna sərhədindən 2500 km uzaqlıqda yerləşməsinə görə Rusiya buna inanmaq istəmir.

Rusiyalı ekspertlər, hərbi müxbirlər Ukraynanın bu qədər uzağa uçmağı bacaran və Rusiya HHM sistemlərindən yayınmaq keyfiyyətinə malik dronlara sahib olmasını qəbullanmaqda çətinlik çəkirlər.

Düşmənini zəif görən, 2022-ci ilin fevralında “3 günə Kiyevi alacağıq” deyən və 5 ildir Ukrayna ilə bacarmayan Rusiya son aylarda Ukrayna ordusunun strateji zərbələrini - Rusiyada NEZ-ləri hədəf almasını və yanacaq çatışmazlığına səbəb olmasını “anlaya” bilmirlər.

Buna görə də istənilən yalan təbliğata əl atmağa çalışırlar. Bunlardan biri Ukraynanın sərhəddən deyil, guya Qazaxıstan ərazisindən hücum etməsidir.

Qəribədir ki, bu iddialar sırasında Azərbaycanın da adını çəkən tapılıb.

Hərbi müxbir Tomofey Yermakov özünün “Sinyaya Z boroda” Teleqram kanalında Ukrayna PUA-sının Xəzərdən keçə biləcəyini və Azərbaycandan uçmasının mümkünlüyünü iddia edib. Onun fikrincə, Rusiya SOCAR-ın Ukraynadakı YDM-lərinə zərbə endirir və azərbaycanlılar da bu cür qisas ala bilərlər.

Heç bir fakta əsaslanmayan bu cür gülünc iddiaların səslənməsi Rusiyanın Ukrayna dronları qarşısında acizliyini ört-basdır etməyə cəhddən başqa bir şey deyil. Çünki dronların hardan havalandığı və hansı ərazilərdən keçdiyini müəyyən etmək hazırda çətin deyil. Xüsusilə Rusiya kimi bir ölkənin peykləri bu marşrutları qeydə almağa qadirdir.

Asena,
BakuPost


Şərhlər
  • B.Qarabağlı

    Azərbaycan dövlətləri tarixən güclü olmaq *istəsə*lər də, daim və ilkən uuzzağın, yaxın ətrafin hüquqlarını öz ayrılmaz haqqlarından üstün şərəf-şöhrət sayaraq, öncədən təmin etməyə çalışıblar!? 1993cü ildən Dünyəvi Azərbaycanımız, hələ on il öncə konservs sərgisində ona yaxın öz pua modellərini çıxarmış, qızıl dəyərlilərini İzrəEldən almış və təcavüz istəsəydi elə həmin illərdə Həyestanı iflic edərdi? Rəsmən özünün ilkin 9 min kv km, Azərbaycanın 113,9 min kv km ərazisinə razı Hayestan işğalına qarşı 1993cü ildən *bircə qarış da verməyəcəm* bəyan etsə də, nəinki Hərbi genosid işğalçısının dərinliklərinə pua təcavüzləri edib, heç bir təcavüz addımı belə atmayıb!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar