Ru
08:23 / 02 İyul 2025

Rusiya kanallarının Azərbaycanda yayımına qadağa qoyulsun - Müğənni

Rusiya kanallarının Azərbaycanda yayımına qadağa qoyulsun - Müğənni
Eye

Aparıcı-müğənni Murad Arif Rusiyaya məxsus bəzi televiziya kanallarının Azərbaycanda yayımına qarşı sərt mövqe nümayiş etdirib. O, sosial şəbəkə üzərindən televiziya provayderlərinə açıq çağırış edib.


Musavat.com xəbər verir ki, Murad Arifin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. O, açıq şəkildə bildirib:

"Azərbaycan ərazisində yayımlanan bütün kabel TV-lərə səslənirəm!

Çox hörmətli KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları, xalqımızı təhdid edən və alçaldan kanalları yayımınıza daxil etməyin!
Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb!

Onlar bilməlidirlər ki, biz, xalq olaraq, baxmırıq!"

Murad Arifin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən həmrəyliklə qarşılanıb. Bəzi tanınmışlar, o cümlədən prodüser-aparıcı Tarix Əliyev (Tolik) onun boykot çağırışına qoşulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar