Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə hücumu zamanı istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) zərbəsi nəticəsində Ukraynadakı Qətər səfirliyinin binası zərər görüb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədəkəi hesabında məlumat verib.
Zelenski bildirib ki, Rusiyanın gecə hücumu zamanı 242 PUA, 13 ballistik və 22 qanadlı raketdən istifadə edib. Bu hücumlar zamanı Lvov şəhərinə “Oreşnik” ballistik raketi atılıb. Kiyevdə isə müxtəlif rayonlarında yaşayış binalarına, enerji və infrastruktur obyektlərinə də ziyan dəyib, 4 nəfərin həlak olduğu, çoxsaylı yaralanmaların qeydə alındığı bildirilir.
Prezidentin açıqlamasında səfirlik binasının PUA tərəfindən vurulduğundan bəhs edərkən Qətərin Rusiya həbsxanalarındakı hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi üçün vasitəçilik fəaliyyəti xatırladılıb.
Zelenski dünyaya hava hücumundan müdafiə dəstəyi göstərilməsi çağırışı edib, xüsusilə ABŞ‑dan sərt reaksiya tələb olunub. O bildirib ki, belə hücumlar mülki infrastruktur və diplomatik obyektləri hədəf alaraq sıravi insanların həyatına ciddi təhlükə yaradır.
Cavid, BakuPost