Ru
17:05 / 26 Noyabr 2025

Rusiyada mənzilə ilan girdi – Ev sahibi əskiyə oxşatdı – VİDEO

Rusiyada mənzilə ilan girdi – Ev sahibi əskiyə oxşatdı – VİDEO
Eye

Ufanın Beynəlmiləl küçəsindəki binanın 4-cü mərtəbəsindəki mənzillərdən birinə 1 metr uzunluqda ilan girib.

Bakupost.az xəbər verir ki, mənzil sahibi əvvəlcə onu rəngli əski zənn edib. İlanı ilk görən isə ev pişiyi olub. “Britan” cinsli pişik qorxudan səs-küy salıb.

Mənzil sahibi dərhal Fövqəladə Hallar xidmətinə müraciət edib. Mənzilə gələn xilasedicilər mətbəxdə soyuducunun arxasında gizlənən “qarğıdalı ilanı” adlanan sürünəni tutublar.

Hazırda ilan xilasedicilərin yanında saxlanılır, sahibinin tapılması üçün axtarış aparılır.

Bu, zəhərsiz və rəngarəng dərisi ilə məşhur bir ilan növüdür.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar