Ru
17:47 / 25 Noyabr 2025

Rusiyada polisə aparılan qadından 2 ildir xəbər yoxdur

Rusiyada polisə aparılan qadından 2 ildir xəbər yoxdur
Eye

Rusiyada polis bölməsinə aparıldıqdan sonra yoxa çıxan çeçen əsilli Seda Suleymanovanın rəfiqəsi Lena Patyaeva Sankt-Peterburqda təkadamlıq piket keçirərkən saxlanılıb. O, aksiyanı polis idarəsinin qarşısına keçirib.

Bakupost.az xəbər verir ki, etirazçı qadın əlində “Siz onu ölümlə üz-üzə qoydunuz. Bununla yaşayın! Seda Süleymanova haradadır?”, – sözləri yazılmış plakat tutub.

İndiyə qədər həm Sankt-Peterburqda, həm də Qroznıda dəfələrlə etiraz aksiyaları keçirən Lena Patyaeva rəfiqəsi Seda Suleymanovanın taleyinə aydınlıq gətirilməsini tələb edir.

2023-cü ilin avqustunda oğurluqda şübhəli bilinən şəxs kimi həbs olunan Seda Suleymanova polis bölməsinə aparıldıqdan sonra yoxa çıxıb. Onun haraya aparıldığı və başına nə gəldiyi haqda məlumat yoxdur.

Rusiya İstintaq Komitəsi Seda Suleymanovanın qətl ehtimalı ilə bağlı cinayət işini yalnız hadisədən altı ay sonra – 2024-cü ilin əvvəlində açıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar