Ru
19:20 / 23 Yanvar 2025

Rusiyadan NATO-ya eskalasiya xəbərdarlığı

Rusiyadan NATO-ya eskalasiya xəbərdarlığı
Eye

NATO ölkələrinin Ukraynaya kontingent göndərməsi nəzarətdən çıxa biləcək bir eskalasiyaya səbəb olacaq. Bu, Rusiya üçün qətiyyən yolverilməzdir.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“NATO qüvvələrinin Ukraynaya müdaxiləsi konfliktin nəzarətdən çıxa biləcək şəkildə eskalasiya riskini artırır və bu, Rusiya üçün qətiyyən yolverilməzdir”, - deyə o vurğulayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Davosdakı Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trumpa ölkəsində Amerika sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı müraciət edib.

Qeyd edək ki, yanvarın 23-də “The Financial Times” qəzeti yazıb ki, Avropa İttifaqı ölkələri Ukraynaya olan dəstəyin maliyyələşdirilməsində çətinliklər səbəbindən ölkəyə hərbi kontingent göndərə bilər.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar