Ru
17:15 / 01 Oktyabr 2025

Rusiyanın 4 milyard avrosu Ukraynaya verildi

Rusiyanın 4 milyard avrosu Ukraynaya verildi
Eye

Avropa İttifaqı (Aİ) Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına 4 milyard avro ayırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilib.

Məlumata görə, bu məbləğ Aİ-nin Kiyevə göstərdiyi makromaliyyə yardımının doqquzuncu tranşıdır.

Ayrılan vəsaitin yarısı pilotsuz uçuş aparatlarının (PUA) istehsalına yönəldiləcək.

Ümumilikdə Aİ-nin Ukraynaya ayırdığı dəstəyin həcmi artıq 178 milyard avroya yaxınlaşır.

Qeyd edək ki, daha əvvəl ABŞ Senatına Ukraynaya aylıq ən azı 10 milyard dollar həcmində dondurulmuş Rusiya aktivlərinin ötürülməsi barədə qətnamə layihəsi təqdim edilmişdi. Moskva isə belə addımları “oğurluq” kimi qiymətləndirib və cavab tədbirləri görəcəyini açıqlayıb.

Xatırladaq ki, dondurulmuş Rusiya aktivlərinin əsas hissəsi Avropada saxlanılır. Lakin bu vəsaitlərin istifadəsi ilə bağlı Aİ daxilində fikir ayrılığı mövcuddur.

Məsələn, Fransa prezidenti Emmanuel Makron beynəlxalq hüququn pozulmasının “tam xaosa” gətirib çıxara biləcəyini bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya aktivlərinin müsadirəsi halında Moskva müvafiq addımlar atacaq.

Prezident Vladimir Putin isə xəbərdarlıq edib ki, beynəlxalq normaların pozulması və “başqasının aktivlərinin oğurlanması” bu addımı atan ölkələrin özləri üçün ciddi problemlər yaradacaq.

Ayxan, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar