Ukrayna hərbçiləri son sutka ərzində Rusiyaya məxsus bir neçə təyyarə və vertolyotu vurub.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumay yayıb.
Bildirilir ki, son sutka ərzində Ukrayna hərbçiləri Rusiyanın 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd Ka-52 helikopteri və 1 ədəd "Orlan-10" pilotsuz uçuş aparatı və 2 ədəd X-59 idarə olunan aviasiya raketini zərərsizləşdiriblər.
Ukrayna müdafiə qüvvələrinin aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi rayonlara 8 zərbə endirib. Eləcə də rusların zenit-raket kompleksləreinin yerləşdiyi mövqelərə hücum edilib.
Zaur
BakuPost
Kash ki Ukraynaya F 16 teyyareleri vereydiler, onda ruslarin aqibetini gorerdik, heyf.